Sionist rejimi yəhudi bayramları bəhanəsi ilə mühasirəni gücləndirərək camaatın hərəkətini məhdudlaşdırıb, yoxlanış-keçid məntəqələrində güclü təhlükəsizlik və hərbi tədbirlər görüb və insanların müqəddəs məkanlara getməsinə mane olub.
Qüds Vəqflər Nazirliyi 486 nəfər sionist köçkünün sübh satlarından axşam saatlarına qədər işğalçı rejimin hərbiçilərinin himayəsi altında Əl-Əqsa məscidinə hücum etməsi barədə xəbər verib.
Yüzlərlə köçkün Ğufran bayrami adlı bayram bəhanəsi ilə Əl-Əqsa məscidinə hücum edib. Sionist hərbiçiləri də bu köçkünlərinin təhlükəsizliyini təmin etmək üçün işğal altında olan Qüdsün bütün əsas yollarını və girişlərini bağlayıblar.
İsrailli hərbiçilər, həmçinin Əl-Əqsanı müdafiə edən qadınların məscidə girişinə, orada namaz qılıb dua etmələrinə mane olublar.