Dünən sionist hərbiçilərinin açdığı atəş nəticəsində yaralanmış fələstinli bir gənc, bir müddət sonra şəhadətə çatıb.
Fələstin Səhiyyə Nazirliyi, sionist hərbiçilərinin Yeriho şəhərindəki Əqəbeye Cəbr düşərgəsinə hücumları zamanı güllə yarası almış “Mahmud Camal Həsən Həmdan” adlı 22 yaşlı gəncin şəhid olması xəbərini verib.
İsrailli hərbiçilər Əqəbeye Cəbr düşərgəsinə hücum ediblər və Fələstin vətəndaşı olan “Mahir Şəlun”-un evini mühasirə edərək vətəndaşlara tərəf döyüş güllələri atıblar.
Fələstin Əsirlər Cəmiyyəti də dünən sionistlərin Yerihodakı “Əqəbeye Cəbr” düşərgəsinə hücumu zamanı 6 nəfərin saxlanıldığını bildirib.
İsrailli hərbiçilər 4 gündür ki, Yeriho şəhərini və onun ətrafını mühasirəyə alıblar. Vətəndaşların giriş-çıxışı üçün məhdudiyyətlər yaradırlar və Yerihoya gedən yan yolları bağlamaqdan əlavə onları saatlarla hərbi yoxlanış-keçid məntəqələrində sırada gözləməyə məcbur edirlər.