Sionist rejimin şəhid Çəmran qəsəbəsindəki 14 mərtəbəli binaya qarşı cinayətkar hücumlarından birində bina tamamilə dağıdılıb və 20-si uşaq olmaqla, 60 nəfərin şəhid olduğu bildirilib.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejiminin cümə günü (13 İyun) səhər saatlarında Tehranın bəzi yaşayış məntəqələrinə hücumundan sonra bir sıra hərbi komandirləri və nüvə alimləri şəhid olub.
Şəhid Çəmran qəsəbəsində 14 mərtəbəli binaya edilən və binanın tamamilə dağılması ilə nəticələnən bu cinayətkar hücumlardan birində 60 İran vətəndaşı şəhid olub ki, bu şəhidlərdən 20 nəfəri uşaqdır.
Həmçinin İran Yayım Korporasiyasının statistik məlumatına görə, bu şəhidlərdən 38 nəfərin cəsədi dağıntılar altından çıxarılıb, lakin 10 uşaq daxil olmaqla, digər cəsədlər dağıntılar altında qalıb və bu uşaqlardan bəziləri 6 və 9 aylıq körpələrdir.