Fələstinli bir gənc şənbə günü səhər saatlarında, işğalçı sionist hərbiçiləri tərəfindən güllələnərək şəhid edilib.
Sionist hərbiçiləri bu fələstinlinin işğal olunmuş Qüdsün şimalındakı Qələndiya hərbi yoxlanış məntəqəsində əməliyyat yerinə yetirdiyini iddia edərək, onu şəhid ediblər.
İbrani mediyalarının hesabatına görə, sionist işğalçılarının açdığı atəş nəticəsində yaralanmış bu fələstinli aldığı ağır yaralar səbəbindən həyatının itirib.
Fələstinli qruplardan heç biri, indiyə qədər (şənbə günü səhər) şəhadət xəbərini elan etməyib. Sionist rejiminin hərbiçiləri də şəhid olmuş şəxsin kimliyi barədə heç bir məlumat verməyib.