Qəzzədəki uşaqlar İsrailin ağır bombardmanlarına görə, baş və kəllə sınması, yanıq, bədən üzvünün kəsilməsi, sınıq və kor olma ilə üzləşirlər.
BMT təşkilatları bildiriblər ki, bəziləri bir neçə aylıq olan 400 uşaq hər gün ya həyatını itirir ya da yaralanır. Bu, itkin düşmüş 2000 qəzzəli uşaqdan əlavədir. Onlardan bir çoxu hələ də dağıntılar altındadır.
Bu, Qəzzədəki xəstəxanaların və müalicə mərkəzlərinin 60%-nin yanacaq, tibbi avadanlıq çatışmazlığına, həmçinin İsrail bombardmanlarına görə, sıradan çıxdıqları halda baş verib. Bu xəstəxanalar yalnız yüzlərlə yaralının məskunlaşdığı deyil, həm də minlərlə qaçqın ailələrin məskunlaşdığı xəstəxanalardır.
Qəzzə rəsmiləri bildiriblər ki, bu bölgəyə qarşı davam edən bir aylıq müharibədə 13 000- dən çox dinc əhali şəhid olub yaxud itkin düşüb, 24 000-dən çox insan isə yaralanıb.
Digər tərəfdən də sionist rejimi 30 günlük hücumda Qəzzə zolağına 30 mindən çox partlayıcı maddə atıb. Bu da yüzlərlə evin, onlarla məscid, məktəb və sağlamlıq mərkəzinin dağıdılması, onlarla təcili yardım maşınının məhv edilməsi, 175 tibb işçisinin və 46 müxbirin şəhadəti ilə nəticələnib.