Müvəqqəti sionist rejiminin keçmiş müharibə naziri, Benyamin Netanyahunun gələcək kabinetinə işarə edərək deyib ki, bu kabinet cinayətkarlar kabinetidir.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı rejimin keçmiş müharibə naziri “Muşe Yəlun” Netanyahunun təşkil olunma ərəfəsində olan kabinetinə işarə edrək deyib: Biz xaotik vəziyyətdəyik və təşkil olunma ərəfəsində olan kabinet, cinayətkarlar kabinetidir.
O, əlavə edib: Təkcə gələcək Daxili Təhlükəsizlik naziri “İtamar bin Gvir” səkkiz məhkəmə işi o cümlədən, terorizm sahəsində bir ittiham aktı ilə üz bə üz olan bir cinayətkardır.
Bundan əvvəl, Fələstin Muxtariyyəti Təşkilatının rəhbəri “Mahmud Abbas” bütün qruplardan və Fələstin xalqından Benyamin Netanyahunun kabineti ilə mübarizə üçün addım atmalarını istəmişdir.
Bu günlərdə, müvəqqəti sionist rejiminin kabinetini təşkil etmək üçün təyin olunan baş nazir Benyamin Netanyahu, radikal partiyalara şamil olan sağçı kabinet yaratmaq üzərində işləyir. Bu mövzu, fələstinlilərin və beynəlxalq millətlərin narahtlığına səbəbdir.