Sionist rejiminə aid qırıcıların Xan Yunis şəhərindəki yaşayış məntəqələrini bombalaması nəticəsində 28 nəfər fələstinli şəhid olub.
Sionist rejiminə aid qırıcılar ötən şənbə günü səhər saatlarına yaxın bir vaxtda Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərindəki bir yaşayış məhəlləsini dəlicəsinə bombalayıblar. Bunun nəticəsində də 28 nəfər fələstinli şəhid olub və onlarla digər insan isə yaralanıb.