Sionist rejiminin Qəzzənin müxtəlif bölgələrinə, xüsusən də Rəfəh və Dir əl-Bələh şəhərlərinə olan bombardmanları hələ də davam edir ki, bu da onlarla fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnib.
Xəbər agentliklərindən birinin müxbiri deyib: Rəfəhin şərqindəki bir evin bombalanması zamanı Ramullahdan Qəzzəyə sürgün edilən fələstinli Yusif Dib şəhid olub. Dir əl-Bələhdə də 6 nəfər şəhid olub və digər 12 nəfər isə yaralanıb.
O, sözlərinin davamında deyib: Xan Yunis bölgəsindəki çoxlu şəhid və yaralılar Nasir xəstəxanası xidmətini dayandırdıqdan sonra, dünən ixtisaslaşmış əl-Küveyt və Əbu Yusif ən-Nəccar xəstəxanalarına köçürülüblər. Bu xəstəxanada məskunlaşmış qaçqınlar çarəsiz qalaraq oranı tərk edib və Rəfəhə gediblər.
Müxbirin sözlərinə görə, sionist rejimi ordusu Xan Yunisdə yerləşən əl-Əməl qəsəbəsindəki bir yaşayış kompleksini partladıb və bir anda onlarla evi xarabalığa cevirib. Əl-Vusta vilayəti, xüsusən də ən-Nəsirat düşərgəsindəki bormardmanlar hələ də davam edir.