Bir Fələstin rəsmisi sionist rejimi ordusunun Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərində törətdiyi cinayətin daha ətraflı təfərrüatlarını təqdim etməklə bildirib ki, kütləvi bir məzarlıqda digər şəhidlərin cəsədlərinin tapılması ilə sionist ordusunun geri çəkilməsindən sonra bu şəhərdə tapılmış cəsədlərin ümumi sayı 150-ni keçib.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə zolağının Şəhər Müdafiə Təşkilatının sözçüsü Xan Yunisdə yerləşən Nasir Tibb Kompleksində kütləvi bir məzarlıqda 50 yeni şəhidin cəsədinin tapıldığını açıqlayıb.
O, deyib ki, işğalçı qüvvələrin Xan Yunisdən çıxmasından sonra 150-dən çox şəhidin cəsədi tapılıb və digər 500 nəfərə yaxın insan isə itkin düşmüşlərin cərgəsindədir.
Qəzzə zolağının Şəhər Müdafiə Təşkilatının sözçüsü bildirib: Region əhalisinin bir çoxu yoxa çıxıb və biz onların həbs yoxsa dəfn olunduğunu bilmirik.
O, əlavə edib: İşğalçıların Qəzzənin bəzi bölgələrindən çıxmasından sonra 2 min Fələstin vətəndaşı itkin düşüb. İsrail ordusu fələstinlilərə deyir ki, siz təhlükəsizlikdəsiniz və sizə zərər yetişməyəcək. Amma bir neçə dəqiqə sonra onları birbaşa olaraq qətlə yetirir.
Fələstinli rəsmi, həmçinin bildirib ki, kütləvi məzarlıqların və xəstəxanaların şəhidlərinin çoxu qadınlar və uşaqlardır.