Sionist rejiminin Xan Yunisdə bir binaya etdiyi raket hücumu, 3 fələstinlinin şəhid olması və digər bir neçə nəfərin yaralanması ilə nəticələnib.
Yerli mediyalar cümə axşamı gecə saatlarında, Qəzzə zolağının şimalında bir neçə partlayışın baş verməsi və bu məntəqənin mərkəzinə olan hücum barədə xəbər veriblər.
Sionist rejiminə bağlı qəzetlərdən biri yazıb ki, rejimin qırıcıları Qəzzə zolağının qərb və cənubundakı obyektlərə hücum edib.
Fələstin xəbər agentliklərindən biri bildirib ki, Müqavimətin Xan Yunis, Rəfəh, Beyti Lahiya və Qəzzə şəhərlərindəki bazaları uşaq qatili olan sionist rejiminin amansız hücumlarına məruz qalıb.
Xəbər mənbələri də Qəzzə zolağından xəbər verərək, “işğalçıların qırıcılarının Xan Yunisin qərbində Fələstin Müqavimətə aid əl-Fəcr bazasını hədəfə aldıqlarını” bildiriblər.
TV kanalların müxbirlərindən biri də, Xan Yunisdə yerləşən Həmd məntəqəsində bir yaşayış binasının sionist rejiminin hədəfinə tuş gəldiyini deyib.
Qısa bir müddətdən sonra Tel-Əvivə yaxın informasiya mənbələri bildiriblər ki, sionist rejimi Amerika istehsalı olan idarəolunan Sureşi raketindən istifadə etməklə, adı çəkilən binaya hücum edib və Fələstin Müqavimətinin rəhbərlərinin məqsədyönlü şəkildə terror edilmə ehtimalı olub.
Bu mənbələr iddia ediblər ki, İslami Cihad Hərəkatının Xan Yunisdəki raket bölməsinin komandiri bu hücumda şəhadətə çatıb. Onların sözlərinə görə, bu bölmə, sionist köçkün şəhərciklərinə qarşı son raket əməliyyatlarında digərlərindən daha aktiv olub.
Xan Yunisə raket hücumundan bir müddət sonra ərəb və ibrani dilli mediyalar sionist rejiminin bu məntəqəyə olan digər iki hücumu barəsində xəbər veriblər.
Məlumat verilib ki, Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisin şəhərindəki “Bəni Süheyla” məntəqəsində bir mənzil sionist rejiminin hücumuna məruz qalıb.
Qısa müddətdən sonra Fələstin mediyaları Xan Yusifə olan hücumda İslami Cihad Hərəkatının hərbi qolu Səraya əl-Qüdsün Hərbi Şurasının üzvlərindən olan “Əli Həsən Ğali”, qardaşı “Mahmud Ğali” və başqa bir nəfərin şəhid olduğunu təsdiqləyib.
