Qəzzə zolağındakı xəbər agentliklərindən birinin müxbiri işğalçıların bu zolağın müxtəlif bölgələrindəki qətliamlarının dayanmadığı barədə məlumat verib.
Xan Yunisdəki müxbirin verdiyi məlumata əsasən, sionist rejiminin işğalçı ordusu ötən 36 saat ərində Qəzzədə 3 yeni qətliam törədib ki, bu da 66-dan çox insanın şəhid olması ilə nəticələnib.
İşğalçılara aid qırıcıların Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin müxtəlif bölgələrinə fosfor bombaları ilə hücum etməsi ilə eyni zamanda fələstinli bir uşaq aldığı yaralar nəticəsində Əbəsan şəhərciyində həyatını itirib, 8 şəhidin cənazəsi isə Nasir xəstəxanasına aparılıb.
Bundan əlavə, sionist rejimi Qəzzənin mərkəzindəki Deyr əl-Bələh şəhərini bombalayıb. Beləliklə də, Qəzzə zolağında həyatlarını itirənlərin sayı 39300 nəfəri keçib və yaralıların sayı isə təxminən 91000-ə çatıb.