Həftənin bazar günü (dünən) sionist rejimin Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin müxtəlif bölgələrinə etdiyi hücumlar nəticəsində 2-si uşaq olmaqla, 3 fələstinli şəhid olub.
Yerli mənbələrə istinadən verilən məlumata görə, 17 yaşlı yeniyetmə “Yusif Fəhmi Cümə Qədih” dünən səhər saatlarında İsrail rejiminin Xan Yunisin şərqinə endirdiyi hava hücumu nəticəsində şəhid olub.
Bundan əlavə, fələstinli uşaq “Ahid Məhəmməd Sabah” da sionist rejimin pilotsuz uçan aparatla (PUA) Qəzzə zolağındakı əl-Məvasi bölgəsində qaçqınların məskunlaşdığı çadıra etdiyi hücum nəticəsində aldığı xəsarətlərdən şəhid olub.
Başqa bir hadisədə isə fələstinli balıqçı “Mustafa Hicazi Saleh əl-Ləhham” sionist rejimin hərbi katerlərinin Xan Yunisin sahil sularında açdığı atəş nəticəsində şəhid olub və daha bir balıqçı yaralanıb.
Həmçinin sionist rejimin Xan Yunisin qərbində qaçqınların məskunlaşdığı başqa bir çadıra etdiyi hava hücumu nəticəsində daha 12 nəfər yaralanıb.
Son günlərdə işğalçı qüvvələr Xan Yunis şəhərinə hücumlarını intensivləşdirib və genişmiqyaslı hərbi əməliyyatlarla mülki əhaliyə qarşı qanlı fəlakətlər törədiblər.
Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejimin 18 Mart tarixindən etibarən yenidən başladığı hücumlar nəticəsində indiyədək 2 mindən çox fələstinli şəhid olub və təxminən 4500 nəfər yaralanıb.
Həmçinin 7 Oktyabr 2023-cü ildən bu günə qədər sionist rejimin təcavüzləri nəticəsində ümumi şəhid sayı 51 min 495 nəfərə, yaralıların sayı isə 117 min 524 nəfərə çatıb.