Xarici KİV-in verdiyi məlumata görə, Fələstinli Əsirlər Cəmiyyəti bildirib ki, 1948-ci ildə işğal olunmuş torpaqlarda yaşayan fələstinli əsirlərin vətəndaşlıqlarının ləğvi barədə sionist rejiminin parlamenti tərəfindən təsdiq olunmuş qanun layihəsi, fələstinlilərin kütləvi şəkildə qovulmaları yönündə olub və onların Fələstin torpaqlarında qalmaları ilə bir mübarizədir.
Bu Cəmiyyət, bildirib: Bu qovulma prosesi heç vaxt dayanmayıb. Onun gedişatı, irqçi təşəbbüslər və qanunlar təqdim etməklə daha da genişlənib. Son zamanlar fələstinliləri bu torpaqlardan cixarıb yurdsuz qoymaq üçün işğalçıların ən əsas alətinə çevrilib.
Əsirlər Cəmiyyəti deyib: Bu, ilk dəfə deyil ki, Qüdsdə Fələstin xalqını hədəfə almaqdan ötrü indiki radikal koalisiya bəzi müxaliflərinin köməyi ilə belə qanunlar təsdiqləyirlər.
Bu qrup, xəbərdalıq edərək deyib: Bu, təhlükəli bir mərhələdir və gərək, Fələstin Milli Hərəkatı tərəfindən ciddi və həll edici yanaşma hasil olsun. Sionist rejiminin siyasətləri, addımları və qanunları qarşısında dayanmaq zəruri bir məsələdir.