İşğalçı sionist hərbiçilərinin bu gün (cümə axşamı günü) gecə saatlarında İordan çayının qərb sahillərindəki Tülkərm düşərgəsinə hücumunda iki fələstinli şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, sionist hərbiçilərinin Tülkərm düşərgəsinə hücumunun ardınca, bu qüvvələr və fələstinli döyüşçülər arasında toqquşmalar baş verib. Nəticədə iki nəfər fələstinli şəhid olub.
İbrani mənbələr bildiriblər ki, müqavimət döyüşçülərindən iki nəfər sionist köçkünlərinə atəş açdıqdan sonra Tülkərmin yaxınlığındakı “Afni Hayots” şəhərciyində sionist hərbiçiləri ilə toqquşublar. Onlardan biri şəhid olub və digəri yaralanıb.
Sionist rejiminin ordusunun sözçüsü bu hadisənin izahında iddia edib: “Tülkərmdəki qüvvələrimizin əməliyyatları zamanı silahlı toqquşma baş verib. Bu toqquşma qüvvələrimizin bu bölgəni tərk etmələrinə qədər davam edib. Bu toqquşmada bizim qüvvələrimizə tərəf bir neçə əl qumbarası atılıb. Sonda bu missiya sona çatıb və bizim qüvvələrimiz bölgəni tərk ediblər.”