Sionist hərbiçiləri bazar günü günorta saatlarından sonra İordan çayının qərb sahillərində 2 fələstinli gənci şəhid ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bildirib ki, sionist hərbiçilərinin İordan çayının qərb sahillərində yerləşən Tülkərmə hücumları nəticəsində 19 yaşlı fələstinli “Nəbil Əta Muhəmməd Amir” şəhid olub.
Bu məlumata əsasən, bu fələstinli gənc baş nahiyəsindən vurularaq şəhid edilib.
Fələstin Səhiyyə Nazirliyi, həmçinin İordan çayının qərb sahillərində yerləşən Tülkərmdə işğalçı İsrail hərbiçilərinin açdığı atəş nəticəsində daha bir gəncin şəhid olduğu barədə məlumat verib.
Fələstin Səhiyyə Nazirliyi bu hücumlarda başqa 2 fələstinlinin də yaralandığını bildirib.