Tülkərm yaxınlığındakı Netsani Oz keçid məntəqəsində sionist qüvvələri ilə toqquşma zamanı Fəth hərəkatının hərbi qolu olan Əqsa batalyonunun iki fələstinli döyüşçüsü şəhid olub.
Eyni zamanda Fələstin Səhiyyə Nazirliyi sionist qüvvələrinin Nablusa hücumunda 3 fələstinlinin şəhid olması və biri uşaq olmaqla digər 9 nəfərin isə yaralanması haqda məlumat verib.
Qüvvələr İordan çayının qərb sahillərinin şimalında Nablus, Qəliqilya, Bərqa kəndi, şimali Asira, Tülkərmin Anbta kəndi, əl-Xəlilin şimalındakı Səir kəndi, Ramullahdakı Salvad və Birzit kəndlərində və əl-Birədə bir sıra fələstinlini həbs ediblər.
Sionist ordusu Əqsa Fırtınası əməliyyatından indiyə qədər 500 fələstinlini şəhid edib və 8 mindən çox fələstinlini isə həbs edib.