
Qəzza şəhərinin cənubunda yerləşən Əz-Zeytun məhəlləsində bir yaşayış evinə endirilən hava zərbəsi nəticəsində üç nəfər ölüb. Cənubi Qəzzada, Əl-Məvasi bölgəsində isə köçkünlərin sığındığı çadırlara endirilən dron hücumu nəticəsində daha altı nəfər həyatını itirib. Zolağın digər ərazilərində də hücumlar davam etdiyi üçün əlavə itkilər barədə məlumatlar daxil olub.