Xarici KİV-in verdiyi məlumata görə, hesablamalar onu göstərir ki, sionist rejiminin baş nazirinə qarşı şənbə günü keçirilən nümayişlərdə azı 162 min insan iştirak edib. İşğal olunmuş Fələstinin digər şəhərlərində də minlərlə insan Netanyahunun məhkəmə sistemində islahatlar layihəsinə qarşı ardıcıl olaraq keçirilən nümayişlərin 17-ci şənbəsində iştirak edib.
Ötən həftənin cümə axşamı günü sionist rejimini və Netanyahunun radikal kabinetini dəstəkləyən on minlərlə insan küçələrə çıxıblar və qalmaqallı məhkəmə islahatlarını dəstəkləyiblər.
Verilən hesabata əsasən, işğal altındakı torpaqlara məhkəmə islahatları layihəsindən əmələ gələn ikiqübtlü vəziyyət hakimdir. Netanyahunu dəstəkləyənlər küçələrə çıxmaqla, güc balansını onun böhrana uğramış kabinetinə qaytarmaq istəyiblər. Halbuki, tənqidçilər və etirazçılar bu layihənin Nazirlər Kabinetinin fəaliyyətinə qanuni nəzarəti aradan aparacağına inanırlar.
Netanyahunun məhkəmə sistemində islahatlar layihəsinə qarşı etirazlar 3 aydan çoxdur ki, davam edir və işğal olunmuş torpaqları ardıcıl olaraq 17-ci həftədə etirazçılarla Nazirlər Kabinetini dəstəkləyənlər arasında qarşıdurma səhnəsinə çevirib. Bu layihə elan olunan vaxtdan indiyə kimi Tel-Əviv və digər qəsəbələr hər şənbə günü axşam, Netanyahunun kabinetinin tədbirlərinə qarşı etiraz edən sionsitlərin toplantısına şahid olurlar. Müxalifət liderləri də Netanyahuya qarşı öz təbdirlərinə davam edirlər.