Xarici KİV-in verdiyi məlumata görə, şənbə günü işğal olunmuş ərazilərin sakinləri növbəti dəfə Tel-Əviv və Hayfa şəhərlərində bir araya gələrək sionist rejiminin baş naziri Benyamin Netanyahu əleyhinə nümayişlər keçiriblər.
İsrail mediyaları nümayişçilərin sayının on minlərlə insan olduğunu təxmin ediblər. Ötən həftənin şənbə günü təkcə Tel-Əvivdə azı 110 min israilli Netanyahu əleyhinə olan nümayişlərdə iştirak edib.
İşğal olunmuş ərazilərdə şənbə günləri Benyamin Netanyahunun qara günlərinə çevrilib. Yüz minlərlə sionist köçkün israilli sağçı kabinetin radikallığı, qanunsuzluğu və öz başınalığına etiraz olaraq küçələrə çıxıblar. Onlar “Likud” partiyası və müttəfiqlərinin devrilməsinə qədər etirazları davam etmək niyyətindədirlər.
Netanyahu əleyhinə nümayişlər və sionist rejiminin partiyaları arasında ixtilaflar, Netanyahunun başçılıq etdiyi yeni kabinetin cari ilin Yanvar ayının 4-ü, “Məhkəmə sistemində islahatlar” üçün plan təqdim etməsindən sonra şiddətlənib. İllər öncə korrupsiya, rüşvət və əmanətə xəyanət ittihamı ilə məhkəmə nəzarəti altında olan Netanyahu, “Məhkəmə sistemində islahatlar” adlandırdığı bu plan və rejimin Ədliyyə nazirinin köməyi ilə öz məhkəmə prosesini ləğv etmək əzmindədir.
Bu planda sionist rejiminin məhkəmə sistemi zəifləməklə, rejimin kabineti və siyasi partiyaları elə bir imkan əldə edəcəklər ki, partiyaların üzvlərini və siyasətçiləri təyin etməklə sionist rejiminin məhkəmələrinə hakimlərin seçilməsi komitəsini nəzarət altında saxlasınlar, hakimlərin bu kabinetə üzv olmasına mane olsunlar.
Başqa bir tərəfdən də sionist rejiminin Nazirlər kabinetinin məhkəmə müşavirinin və bu rejimin digər nazirliklərinin məhkəmə müşavirlərinin səlahiyyətləri alınacaq. Nazir, istədiyi hər bir məhkəmə müşavirini öz ofisinə təyin etmək yaxud ofisindən çıxarmaq imkanına malik olacaq.