Sionist rejimin xəbər mənbələri sionistlərin Təl-Əvivdə genişmiqyaslı nümayişlər keçirdikləri və əsirlərin dəyişdirilməsinin dərhal icra edilməsini tələb etdikləri barədə məlumat veriblər.
Xarici KİV-in çərşənbə axşamı səhər Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Qəzzada qalan sionist əsirlərin azad edilməsi üçün təcili olaraq əsirlər mübadiləsi razılaşmasının ikinci mərhələsinin tələbi məqsədi ilə Təl-Əvivdə sionist köçkünlər kütləvi nümayişlər keçiriblər.
Bundan öncə də, bazar günü gecə Təl-Əvivdə sionist köçkünlər əsir mübadiləsi sazişinin davam etdirilməsinə dəstək nümayişi keçiriblər və bu zaman sionist rejimin polisi nümayişçilərə hücum edib və etirazçıları yatırmaqla onlardan bir neçəsini həbs edib.
Etirazçılar bu nümayişdə fövqəladə vəziyyətdə olduqlarını və bir həftə ərzində müharibənin yenidən başlaya biləcəyini və bu müharibənin əsirlərin ölümünə səbəb olacağını bəyan ediblər.
İşğal rejiminin baş naziri Binyamin Netanyahunun əsirlər mübadiləsi razılaşmasının icrasının tamamlanmasında pozuntuya yol verdiyinə toxunan bu ailələr, Netanyahunun öz maraqlarına uyğun olaraq həyatlarını şahmat daşına çevirdiyini və danışıqlarda düşünülmüş böhran yaradaraq müharibəni yenidən başlatmağa çalışdığını vurğulayıblar.
HƏMAS və sionist rejimi arasında atəşkəs razılaşması 2025-ci il Yanvarın 19-u bazar günü səhər saatlarında qüvvəyə minib. Bu razılaşma hər mərhələsi 42 gün davam edən üç mərhələni əhatə edir və bu razılaşmaya əsasən, ikinci, daha sonra isə üçüncü mərhələnin icrası ilə bağlı danışıqlar aparılmalı idi.
Razılaşmanın ikinci mərhələsi üzrə danışıqlar sazişin birinci mərhələsinin 16-cı günündə başlamalı olduğu halda, İsrail rejiminin baş naziri Benyamin Netanyahu buna mane olub. Çünki o, yalnız birinci mərhələni uzatmaq istəyir. Bu isə HƏMAS-ın etirazına səbəb olub.
Müqavilənin birinci mərhələsi 11 Mart 1403-cü il şənbə günü ikinci mərhələyə girmək üçün razılaşma olmadan sona çatıb.