Son iki gün ərzində sionist rejim qüvvələri işğal altındakı Qüds şəhərinin müxtəlif bölgələrində, Qərb Sahilinə aid şəxsiyyət vəsiqəsi daşıyan onlarla fələstinlini “şəhərə qeyri-qanuni daxil olmaq və orada qalmaq” bəhanəsi ilə saxlayıb.
Həbs əməliyyatlarında sionist məskunlaşmaçılar da aktiv iştirak edir — onlar fələstinliləri videoya çəkərək yerində saxlayır və polis gələnədək onları zorla gözləməyə məcbur edirlər. Daha sonra həmin şəxslər polis tərəfindən saxlanılaraq istintaq mərkəzlərinə aparılır.