İsrail rejiminin Qəzzə zolağına son 48 saat ərzində hücumları zamanı 95 fələstinli şəhid olub.
Cinayətkar sionist rejiminin Qəzzə Zolağına hücumları və Fələstinlilərin qətlləri, beynəlxalq təşkilatların və qurumların susqunluğu şəraitində, çərşənbə axşamı səhər saatlarında da davam edib.
Xarici KİV-in tibbi mənbələrə istinadən verdiyi məlumata görə, bazar ertəsi səhərindən çərşənbə axşamı səhərə kimi sionist rejimin Qəzzə zolağına hücumları zamanı 95 fələstinli şəhid olub.
Xəbər TV kanallarından birinin Qəzzə zolağındakı müxbiri deyib: Sionist işğalçı qüvvələr Qəzzə zolağının mərkəzində yerləşən əz-Zəvaidə qəsəbəsində yaşayış evlərini bombalayıblar.
Həmçinin bildirilib ki, sionist ordu hücumlarda Qəzzənin şərqində yaşayış binalarını dağıdıb.
Fələstin mənbələri, həmçinin qeyd ediblər ki, İsrail rejimin təyyarələri Qəzzənin şərqindəki əş-Şucaiyyə və əz-Zeytun məhəllələrinə bir sıra hava zərbələri endirib.