Bir sıra anti-sionizm ravvinləri işğalçıların işğal olunmuş ərazilərdə yaşayış məskənlərinin genişləndirilməsinə etiraz olaraq Millətlər Təşkilatının Təhlükəsizlik Şurası önündə nümayiş keçiriblər.
Sionizm müxalifləri olan “Naturi Karta” yəhudiləri New Yorkda Fələstin bayrağını qaldırıblar və Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından sionist rejiminin işğal altında olan ərazilərdə qəsəbə salmasının qarşısını almaq üçün addım atmalarını istəyiblər.
Xatırladaq ki, çərşənbə axşamı günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, işğal olunmuş İordan çayının qərb sahillərində sionist rejiminin sionistlər üçün 9 qəsəbənin inşasını qanuniləşdirməkdən ötrü etdiyi səyləri pisləyib.
Bu hesabata əsasən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, həftənin bazar ertəsi günü 15 üzvü tərəfindən verdiyi bəyanatda bu qəsəbələrin salınmasının “sülh”-ə mane olduğunu bildirib. Əlavə olaraq deyib ki, sionist rejiminin qəsəbə salma işlərinin davam etməsi, fələstinlilər və israillilər arasındakı çəkişmənin həlli üçün iki dövlətli çıxış yolunu təhlükə qarşısında qoyur.
Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, bütün bir tərəfli addımlara, o cümlədən sionsitlər üçün qəsəbə salınması və genişləndirilməsinə, fələstinlilərin ərazilərinin müsadirə olunmasına, qəsəbələrin qanuni göstərilməsinə, fələstinlilərin evlərinin dağıdılıb onların qovulmasına qarşı öz etirazını bildirib.
Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, sionist rejiminin adı çəkilən 9 qəsəbənin qanuni olmasına və mövcud olan qəsəbələrdə yeni yaşayış məntəqələrinin inşa olumasına dair elanına qarşı öz dərin narahatlığını bildirib.