Fələstin mediyaları bildiriblər ki, bu gün səhər (şənbə günü), sionist rejiminin xüsusi təyinatlıları çoxlu hərbi təchizatla Tülkərmdəki “Nuru Şəms” düşərgəsinə hücum ediblər. Bu hücumun ardınca sionist snayperçiləri bu düşərgədə bir neçə binanın damında gizləniblər. Müqavimət qüvvələri sionist hərbiçilərinin açdıqları atəşlərə cavab veriblər və iki tərəf arasında güclü silahlı toqquşma baş verib.
Bu hücumların nəticəsində, müqavimət qüvvələrindən 2-si şəhid olub və bəziləri də yaralanıblar. Amma sionistlər təcili yardım maşınlarının fələstinlilərə yetişməsinə mane olublar. Fələstin Səhiyyə Nazirliyi də bildirib ki, şəhid olmuş iki şəxsin cənazəsi Dr.Sabit Dövlət Xəstəxanasına aparılıb.

Məlum olub ki, bu hücumda şəhid olanlar Fələstin Müqavimət Qüvvələrindən olan “Həmzə Xəryuş” və “Samir əş-Şafei”-dir.
Tülkərmdəki “Nuru Şəms” düşərgəsində fələstinli iki döyüşçünün şəhadətinin ardınca, bu şəhərdə ümumi aclıq elan olunub.
Eyni zamanda Əl-Əqsa Şəhidləri Batanyonları “Nuru Şəms” düşərgəsində israilli işğalçılarla silahlı qarşıdurmada fələstinli iki döyüşçü “Həmzə Xəryuş” (22 yaşlı) və “Samir Səlah əş-Şafei”-nin şəhadəti ilə bağlı baş sağlığı veriblər.