Xarici KİV-in bəzi yerli Suriya mənbələrinə istinadən verdiyi məlumatda bildirilib: İlkin statistikaya əsasən, əl-Cumu təpəsi ətrafının, Dəranın qərbində yerləşən əl-Cubəyliyyə və Dəranın şimal-qərb bölgələrinə gedən yolun bombalanması nəticəsində 10 nəfər həyatını ititib.
Həmçinin yerli mənbələrdən biri bildirib ki, çərşənbə günü gecə sionist hərbçilərin Dəra vilayətinin qərb ətrafında yerləşən “Nəva” şəhərinə hücumundan sonra bu şəhərin sakinlərindən 11 nəfər hərbçilərlə qarşıdurma zamanı həyatını itirib.
Suriya mediası İsrail rejiminin Suriyanın müxtəlif bölgələrinə qarşı hava təcavüzü və hərbi infrastrukturunun məhv edilməsi ilə eyni vaxtda İsrail əsgərlərinin onlarla maşın və personal daşıyıcısı ilə Suriyanın cənubundakı Dəra əyalətinin bölgələrinə daxil olduğunu bildirib. Bu hadisədən sonra bu ərazilərin əhalisi də işğalçılara qarşı müqavimət çağırışı edib.
Bu bölgələrin əhalisinin işğalçılarla qarşıdurma çağırışından sonra İsrail rejiminin artilleriya bölməsi Cumu təpəsinin yamaclarını və əl-Cabiyyə yüksəkliklərini atəşə tutub.
Bəzi yerli KİV-lər ən azı 400 İsrail əsgərinin Dəra əyalətinə gəldiyini yazır.
Suriya müvəqqəti hökumətinin sionist rejimin təcavüzkar quru və hava hücumları qarşısında hərəkətsizliyi və susması, ictimaiyyət və sosial şəbəkə fəallarının etiraz və tənqidlərinə səbəb olub.
Bu arada Suriyanın Dəra şəhərindəki məscidlər sionist rejimin hərbçiləri ilə qarşıdurma üçün ümumi səfərbərlik elan ediblər.