İşğalçıların Qırmızı Xaç Cəmiyyətinin yardım karvanına hücumu barəsində Fələstin Qırmızı Aypara Cəmiyyətinin bəyanatı ilə eyni zamanda Qəzzə zolağındakı xəstəxanaların direktoru bu bölgədəki faicəli vəziyyət haqda məlumat veirb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti təşkilatı çərşənbə günü səhər saatlarına yaxın bir vaxtda bildirib ki, müvəqqəti sionist rejimi ordusu Qəzzə şəhərində Qırmızı Xaç Cəmiyyətinin humanitar yardım karvanını hücuma məruz qoyub.
Bununla eyni vaxtda Qəzzə zolağındakı xəstəxanaların direktoru da deyib: “Bölgədə, xüsusən də şimal məntəqələrində yerləşən xəstəxanalardakı vəziyyət falakətli və təsvirolunmazdır.
O, verdiyi müsahibədə deyib: Qəzzə zolağının şimalındakı xəstəxanalar qida və dərman çatışmazlığından əziyyət çəkirlər. Uzun vasitəçilikdən sonra yalnız 9 nəfər yaralı şəxsi Misirə köçürə bilmişik.”
Bu Fələstin rəsmisi Qəzzədə 8 dövlət xəstəxanası da daxil olmaqla, 18 xəstəxananın fəaliyyətlərini dayandırdığını bildirərək əlavə edib: “Biz xəstəxanalara yanacaq gətirilməsinin zəruriliyini vurğulayırıq. Çünki, vəziyyət fəlakətlidir.”
Bundan əvvəl də Qəzzə zolağındakı “Əl-Ovdə” xəstəxanasının rəhbəri verdiyi müsahibədə bildirmişdi ki, sionistlərin hücumları xəstəxanaya o qədər yaxınlaşıb ki, qəlpələr xəstəxananın həyətinə tökülür.