Sionist rejimin Qəzzada fələstinli qaçqınların çadırlarını hədəfə alması nəticəsində 14 nəfər şəhid olub, 50-dən çox fələstinli isə yaralanıb.
Real-israil saytının məlumatına görə, fələstinli yerli media bu gün, çərşənbə axşamı, Qəzza şəhərinin qərbində yerləşən “əş-Şati” qaçqın düşərgəsinin şimalında fələstinli qaçqınların çadırlarına qarşı sionistlərin yeni hücumu barədə məlumat yayıb. Hücum nəticəsində 14 nəfər şəhid olub.
Sionist rejimə məxsus qırıcılar bu gün səhər saatlarında Qəzzanın qərbində yerləşən Əş-Şati düşərgəsindəki qaçqın çadırlarını bombalayıb. Hücumda aralarında qadınlar, uşaqlar və bədən üzvü amputasiya olunmuş bir yaralı da olmaqla 14 nəfər şəhid olub, 50-dən çox insan isə yaralanıb.
Sionist rejimin hərbi qüvvələri həmçinin Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh bölgəsini və əl-Bureyc qaçqın düşərgəsini top atəşinə və hava hücumlarına məruz qoyub.
Qəzza zolağına qarşı sionist rejimin vəhşi müharibəsinin yenidən başlamasının 127-ci günü və ümumilikdə müharibənin 655-ci günü olsa da, İsrailin Qəzzanın müxtəlif bölgələrinə hücumları hələ də davam edir.
Fələstinin rəsmi mərkəzlərinin hesabatına görə, indiyə qədər yardım almağa çalışan 1017 fələstinli şəhid olub, 6400-dən çox insan isə yaralanıb. Bu isə yardım paylama məntəqələrinin fələstinlilər üçün ölüm tələlərinə çevrildiyini göstərir.