İsrail rejiminin bu gün səhər saatlarında Qəzzə zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda ən azı 23 fələstinli şəhid olub, çoxlu sayda fələstinli isə yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, bu gün səhər saatlarında İsrail hava qüvvələrinin Qəzzə zolağının mərkəzi və cənubunda müxtəlif bölgələrə endirdiyi zərbələr nəticəsində 23 fələstinli şəhid olub.
Bu hesabata əsasən, işğalçı rejimin Qəzzə zolağına son hücum dalğasında Xan Yunisin qərbində yerləşən Əl-Məvasi bölgəsindəki qaçqın çadırları hədəfə alınıb. Nəticədə, 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Xan Yunisin şimalında yerləşən Həməd şəhərində fələstinli qaçqınların çadırlarına sionistlərin hücumları nəticəsində biri uşaq olmaqla, 3 nəfər şəhid olub.
Xan Yunisdə yerləşən Əbəsan əl-Kəbirə qəsəbəsinin şərqindəki hava hücumlarında da çoxlu sayda insan həyatını itirib və ya yaralanıb.
Qəzzə zolağının mərkəzində yerləşən əz-Zəvaida bölgəsi də işğalçı ordunun hava hücumuna məruz qalıb və nəticədə bir neçə fələstinli yaralanıb.
İşğalçı ordunun Qəzzənin cənubundakı Sabra məhəlləsində yaşayış evinə endirdiyi hava zərbəsi nəticəsində 4 nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.