Sionist rejimi ordusunun çərşənbə günü səhər saatlarında Qəzzənin müxtəlif bölgələrinə olan hücumlarında bir neçə fələstinli şəhid olub və bir neçə nəfər isə yaralanıb.
Yerli medialar çərşənbə günü səhər saatlarında sionist rejimi ordusunun Qəzzə şəhərinin müxtəlif yerlərinə olan cinayətkar hücumları barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı rejimə aid qırıcı təyyarələrin Qəzzə zolağının mərkəzində yerləşən “ən-Nəsirat” düşərgəsindəki bir binaya hücumlarının ardınca 7 nəfər fələstinli şəhid olub və bir neçə nəfər isə yaralanıb.
Qəzzədəki jurnalistlərdən biri də məlumat verərək bildirib ki, sionistlərin Qəzzə şəhərinin mərkəzində yerləşən əz-Zəvayidə məntəqəsində bir evə etdikləri hava hücumu nəticəsində 3 fələstinli şəhid olub və bir neçə nəfər yaralanıb.
Sionist rejimi 2023-cü ilin Oktyabr ayının 7-dən və Qəzzə zolağına qarşı cinayətkar hücumlarına başlayan vaxtdan etibarən, 38 mindən çox fələstinlini şəhid edib və azı 88 min insanı isə yaralayıb.