Xəbər TV kanallarından birinin Qəzzədəki müxbiri şəhərin mərkəzində yerləşən “ən-Nəsirat” düşərgəsindəki fələstinli qaçqınların məskunlaşdığı məktəbin bombalanması barəsində məlumat verib.
Müxbirin bildirdiyinə görə, İsrail qırıcıları tərəfindən həyata keçirilmiş bu hava hücumunda 4 fələstinli qaçqın şəhid olub və bu məkan məhv edilib.
Hadisə şahidlərindən biri müxbirə deyib: Gecə saat 11 radələrində partlayış baş verib, hər tərəfi atəş bürüyüb və bir neçə nəfər şəhid olub.
Fələstinli bir qadın deyib: Biz hara gedəcəyimizi bilmirik. Qəzzədə təhlükəsiz yer yoxdur. Yəhudilər bizə nə etmək istəyirlər? Buranın təhlükəsiz yer olması gözlənilirdi. Bura UNRWA-nın məktəbidir. Yəhudilər təkcə müqaviməti aradan aparmaq istəmirlər, əksinə bütün Qəzzə əhalisini məhv etmək istəyirlər.