Yerli mənbələr çərşənbə axşamı səhər saatlarından gece saatlarına qədər azı 49 mülki şəxsin sionist hərbiçilərinin əli ilə şəhid edildiyi barədə məlumat veribər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi ordusu Qəzzənin müxtəlif bölgələrini növbəti dəfə hədəfə alıb.
Buna əsasən də, Qəzzənin şimalında yerləşəb Cəbaliya düşərgəsinin bombalanmasının ardınca azı 8 mülki şəxs şəhid olub və bəziləri isə yaralanıb.
Sionistlər tərəfindən təhlükəsiz zona olduğu elan olunan Qəzzə zolağının mərkəzindəki əl-Məvasi məntəqəsinə hücumda bir sıra insan şəhid olub və onların arasında 4 uşaq da var.
Fələstin xəbər agentliklərindən birinin verdiyi məlumata görə, Qəzzə şəhərinin şərqində yerləşən Tufah və Şəqəf məhəllələrinin bombalanması zamanı da 8 mülki şəxsin həyatına son qoyulub.
Sionist rejimi ordusunun Zeytun məntəqəsinə hücumunda da 5 mülki şəxs şəhid olub. Həmçinin digər bir düşərgənin bombalanması nəticəsində 2 nəfər şəhid olub və bir neçə nəfər isə yaralanıb.