Fələstin mediyaları sionist rejiminin Qəzzə zolağına hücumlarını əks etdirən görüntülər yayaraq yazıblar ki, bu rejim “Həyyul Kəramə” bölgəsinə hücumda qadağan olunmuş ağ fosfor maddəsindən istifadə edib.
Yerli mənbələr çərşənbə günü səhər sionist rejiminin Qəzzə zolağının şimalında yerləşən “Həyyul Kəramə” bölgəsinə ağır hava və artilleriya hücumları etdiyi barədə xəbər veriblər.
Fələstin mediyaları sionist terror rejiminin Qəzzə zolağına vəhşicəsinə hücumlarını əks etdirən görüntülər yaymaqla bildiriblər ki, bu rejim beynəlxalq ictimaiyyətin sükutu sayəsində “Həyyul Kəramə” bölgəsinə hücumda qadağan olunmuş ağ fosfor maddəsindən istifadə edib.
Fələstinin Qəzzədəki Daxili İşlər Nazirliyi də bildirib: “İşğalçıların təyyarələri və artilleriyaları Qəzzə zolağındakı Həyyul Kəraməni davamlı hücumlarla dağıdırlar. Hücumların ağır olmasına və yolların dağıdılmasına görə, təcili yardım maşınları o bölgədəki yaralılara yetişə bilmirlər.”
Fələstinli mediyalar, həmçinin bildiriblər ki, Qəzzə zolağının şimalında yerləşən “Həyyul Kəramə” bölgəsində çox sayda ev, qüllə və yol kəsişmələrinin bombalanması nəticəsində bir neçə fələstinli şəhid olub və onlarla insan yaralanıb.