Fələstinli mənbələrin verdiyi məlumata görə, sionist qırıcıları tərəfindən Əl-Məmədani xəstəxanasının bombalanması zamanı 500 nəfərdən çox insan şəhid olub.
Sionist rejimi Qəzzədəki Əl-Məmədani xəstəxanasını (fələstinli qaçqınların sığınacağını) bombalayıb.
Qəzzə Səhiyyə Nazirliyinin sözçüsü Əl-Məmədani xəstəxanasının sionist rejimi tərəfindən bombalanmasında 500-dən çox insanın öldürüldüyünü bildirib.
Bəzi xəbər mənbələri şəhidlərin sayının 600 nəfərdən çox olduğunu bildiriblər. Fələstin Səhiyyə Nazirliyi bir müddət əvvəl son statistikanı açıqlayaraq şəhidlərin 3000-dən çox və yaralıların sayının 12 mindən çox olduğunu bildirib.
Qəzzə Şəhər Müdafiəsi verdiyi hesabatda deyib: Məmədani xəstəxanasının həyətinə daxil olduq heç bir yaralı görmədik, cəsədləri tikə-tikə olmuş yüzlərlə şəhid gördük.
HƏMAS hərəkatı bu mənfur hücumu şiddətli şəkildə pisləməklə yanaşı, bu cinayətlərin sionistlərin vəhşi təbiətinin çox yaxşı göstəricisi olduğunu vurğulayıb.
Bundan əvvəl də Qəzzədəki səhiyyə sistemi rəsmiləri Fələstin ərazisindəki yeganə onkoloji xəstəxananın maksimum növbəti 48 saat ərzində bağlanacağını bildirmişdilər.

