Qəzzə mühasirəsini yarmaq üçün bu bölgəyə yola düşən bir gəmi sionist rejimin dron hücumuna məruz qalıb.
Xarici KİV-in Qəzzə mühasirəsini yarmaq məqsədi ilə bu məntəqəyə yola düşən “Azadlıq Donanması”nın gəmisindəki mənbələrə istinadən verdiyi məlumata görə, qeyd olunan gəmi Malta sahillərinə yaxın beynəlxalq sularda İsrail rejimi ordusunun dron hücumuna tuş gəlib.
Verilən məlumata əsasən, bu hücumun ardınca gəmidə yanğın baş verib və yanğının söndürülməsi üçün səylər göstərilib.
Bu gəmi Qəzzə zolağındakı sakinlər üçün humanitar yardımlar daşıyırdı və onun məqsədi bu bölgənin dəniz mühasirəsinin yarılması idi.
Bu xəbər yayılan ana qədər sionist rejimi bu hücuma rəsmi reaksiya verməyib.
Malta hökuməti gəmidəki yanğının qarşısının alındığını və gəminin indi məsul qrumların ciddi nəzarəti altında olduğunu açıqlayıb.
Hadisə zamanı gəmidə 12 ekipaj üzvü və 4 mülki şəxs olub