İsrail hərbçilərinin işğal altındakı Qüdsdəki Qələndiyyə düşərgəsinə vəhşicəsinə hücumu nəticəsində 54 fələstinli ağır yaralanıb.
Mehr xəbər agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, sionist rejim hərbçiləri işğal olunmuş ərazilərdə fələstinlilərə qarşı düşmənçilik hərəkətlərini davam etdirirlər. Beləliklə, sionistlər işğal altındakı Qüdsdəki Qələndiyyə düşərgəsinə hücum ediblər.
Məlumata görə, sionist qüvvələrin vəhşicəsinə hücumundan sonra onlarla Qələndiyyə düşərgəsi sakini arasında şiddətli toqquşmalar baş verib.
Fələstin Qırmızı Aypara Təşkilatı qarşıdurmalar zamanı 54 fələstinlinin ağır yaralandığını açıqlayıb.
Daha əvvəl Fələstin KİV-i xəbər verib ki, Fələstin döyüşçüləri çərşənbə axşamı İsrailin hərbi maşınına atəş açıblar. Atışma Cənin şəhəri yaxınlığında baş verib. Medianın məlumatına görə, fələstinli döyüşçülər sionistlərin hərbi maşınına atəş açaraq hadisə yerini tərk ediblər.
Mənbə hərbi maşının zədələndiyini bildirib. Sionist rəsmilər hadisənin təfərrüatlarını açıqlamayıblar.