Fələstin Qırmızı Aypara Cəmiyyəti sionist əsgərlərinin İordan çayının qərb sahillərindəki Nablus şəhərinə hücumunda təxminən 50 nəfər fələstinlinin yaralandığını bildirib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bir bəyanatda bildirib ki, cümə günü axşam işğalçıların Nablus şəhərində yerləşən Beyt Dəcn və Osəreyn şəhərciklərinə hücumu, fələstinlilərə tərəf göz yaşardıcı qazların atılması və onlara tərəf atəş açılması nəticəsində azı 49 nəfər yaralanıb.
İşğalçı rejimin əsgərləti həftənin bazar ertəsi günü də Nablus şəhərinin cənubundakı Osəreyn şəhərciyinə hücum edərək fələstinlilərə tərəf göz yaşardıcı qaz atıb və çox sayda atəş açıblar.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bazar ertəsi Osəreyndə baş vermiş toquşmada yaralıların sayının 11 nəfər olduğunu bildirib.
Sionist rejiminə bağlı bir sayt cümə axşamı səhər vaxtı bildirib ki, İordan çayının qərb sahillərindəki bölgələrdə vəziyyətin gərginləşməsinin ardınca İsrail ordusu hazırlıq vəziyyətinə gətirilib.
İşğal olunmuş torpaqlar ötən bir neçə gün ərzində bəzi kənd və şəhərlərdə sionist əsgərlərinin əməliyyat dairəsinin genişlənməsinin və zorakılıqlarının artmasının şahidi olub.
Sionist əsgərləri bu əməliyyatlarda həddən artıq zorakılıq tətbiq etməklə, fələstinli vətəndaşların bir çoxunu şəhid edib yaxud yaralayıb və onlarla insanı həbs ediblər.