Xəbər mənbələri şənbə günü səhər saatlarında bildiriblər ki, sionist hərbiçiləri İordan çayının qərb sahillərinin cənubunda yerləşən əl-Xəlilə hücum edərək onlarla fələstinlini yaralayıblar.
Xarici KİV-in verdiyi məlumata görə, sionist hərbiçiləri Əl-Xəlilin şimalında yerləşən “Beyti Əmr” şəhərciyinə hücum ediblər.
Bu hesabata əsasən, sionist hərbiçiləri, onlarla daşla mübarizə aparan fələstinli gənclərə tərəf göz yaşardıcı qazlar atıblar və nəticədə onlarla insan zərər çəkib.
Həmçinin, sionist hərbiçiləri Cenin şəhərinin qərbindəki maneə hasarı yaxınlığında 12 yaşlı yeniyetməyə atəş açıblar və bu, onun yaranlanmasına səbəb olub.
Verilən məlumatlara əsasən, , sionist hərbiçiləri işğal olunmuş Qüdsün şimalındakı Səlvan şəhərciyində yerləşən “Bətnul Həva” məhəlləsində fələstinli gənclərlə toqquşublar.
Fələstin Qırmızı Aypara Cəmiyyəti cümə axşamı gecə bildirmişdi ki, İordan çayının qərb sahillərindəki toqquşmalarda 55 nəfər yaralanıb.
Bu günlərdə işğal olunmuş torpaqlarda, xüsusən də İordan çayının qərb sahillərində şərait xüsusidir və fələstinli döyüşçülər hər bir vasitə ilə sionistlərin saysız-hesabsız cinayətlərinə cavab verirlər.