Xəbər mənbələri çərşənbə günü axşam bildiriblər ki, sionist əsgərləri İordan çayının qərb sahillərinin cənubunda yerləşən Əl-Xəlil şəhərinə hücum edərək onlarla fələstinlini yaralayıblar.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist əsgərləri Əl-Xəlilin şimalında yerləşən Əl-Ərub düşərgəsinə hücum edərək fələstinlilərlə toqquşublar.
Bu hesabata görə, sionist əsgərləri fələstinlilərə və onların mənzillərinə hücum zamanı səs bombalarından və göz yaşardıcı qazlardan istifadə ediblər. Nəticədə onlarla fələstinli yaralanıb.
Həmçinin, sionist əsgərləri sionist şəhərciyi olan “Kəryat Ərbə”-nin girişində bir fələstinli gənci saxlayıblar. Onlar Qəlqiliyyənin şimal şərqində yerləşən Cuyus məntəqəsinə də hücum ediblər və bir fələstinli gənci həbs ediblər.
Digər tərəfdən də sionist köçkünləri Nablus şəhərinin cənubunda yerləşən Həvare şəhərciyinin yaxınlığında bu məntəqənin camaatına və maşınlarına daş atıblar.
Bundan əvvəl də həftənin bazar ertəsi günü səhər saatlarında sionist işğalçıları İordan çayının qərb sahillərində yerləşən Cenin şəhərinə gücum ediblər. Nəticədə sionist əsgərlərinin atdığı güllə ilə bir uşaq şəhid olub və digər 3 nəfər də yaralanıb.