İşğalçı rejim hərbiçiləri Nablusun şərqindəki Əskərul-Cədid düşərgəsində Məhənd əl-Kəbi adlı fələstinli vətəndaşın evinə hücum edərək onu həbs ediblər.
Sionistlər həmçinin, Nablusda, Əl-Xəlildə, Ramullahda və işğal olunmuş Qüdsdə bir neçə fələstinlini həbs ediblər.
Həmçinin,işğalçı sionist qüvvələri işğal olunmuş Qüdsün şərqindəki Şəfat düşərgəsinə hücum ediblər və fələstinli bir şəxsin maşınına həmlə edərək sürücüsünü yaralayıblar. Yaralı sürücünü aparan təcili yardım maşını Beytul-Müqəddəsin şimal-şərqindəki Anata şəhərinin girişində saxlanılıb.
İşğalçı qüvvələrin düşərgəyə hücumundan sonra şiddətli atışma səsi eşidilib. Həmçinin, işğalçı qüvvələr Qüdsdəki Şəfat yoxlanış məntəqəsini sakinlərin maşınları qarşısında hər iki tərəfdən bağlayıblar və Anata şəhərinə giriş-çıxışın qarşısını alıblar.
İşğalçı qüvvələrin fikrincə Şəfat düşərgəsinin yoxlanış məntəqəsində əməliyyat keçirmək məqsədi olan “Muhəmməd Basil Zəlbani”-nin evinə hücum ediblər və evin əşyalarını dağıtdıqdan sonra ailənin 4 üzvünü həbs ediblər.