İşğalçı İsrail hərbiçiləri dünən (cümə axşamı) İordan çayının qərb sahillərindəki müxtəlif şəhərlərə, o cümlədən Ramullah, Bira, Cenin, Tülkərm, Nablus, Yeriho və Əl-Xəlilə hücum ediblər.
Məlumata görə, sionistlər bu hücumlarda fələstinlilərə atəş açaraq, çoxlu gözyaşardıcı qazlar atıblar.
Ramullahdakı hücumlarda sionistlərin açdığı atəş nəticəsində 1 nəfər fələstinli şəhid olub və digər 15 nəfər isə yaralanıb.
Sionistlərin Həlhul şəhərinə hücumlarında da 10 nəfər yaralanıb.
İsrailli işğalçılar bu hücumlarda bir neçə fələstinlini də həbs ediblər.