İşğalçı ordunun Qəzzə şəhərində fələstinli qaçqınların məskunlaşdıqları iki məktəbə yenidən hücum etməsi nəticəsində onlarla insan qətlə yetirilib.
İşğalçı İsrail ordusunun Qəzzə zolağında fələstinli qaçqınların məskunlaşdıqları məktəblərə qarşı vəhşi hücumları davam edir. Bu hücumların birində Qəzzə şəhərindəki digər iki məktəb işğalçıların raketlərinə hədəf seçilib.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionistlərin Qəzzə şəhərindəki “ən-Nəsr” və “Həsən Səlamət” məktəblərinə qarşı hava hücumunda azı 30 fələstinli şəhid olub və bir neçə nəfər isə yaralanıb. Bundan əlavə, bir sıra qaçqınlar da tamamilə dağıdılmış binaların dağıntıları altında itkin düşüblər.
Bundan öncə də, İsrail rejimi Qəzzənin Şeyx Rizvan məhəlləsində bir məktəbi bombalamışdı və nəticədə isə 77-dən çox fələstinli qaçqın şəhid olmuş və yaralanmışdı.
Bununla əlaqədar olaraq Qəzzə Mülki Müdafiə Təşkilatının sözçüsü verdiyi müsahibədə deyib: İşğalçılar sözün əsil mənasında Qəzzə şəhərindəki “ən-Nəsr” və “Həsən Səlamət” məktəblərində cinayət və qətliam törədiblər.
O, Qəzzədə vəziyyətin çox ağır və fəlakətli olduğunu bəyan edərək bildirib: Şəhidlərin və yaralıların 80%-i uşaqlardır. Qəzzə şəhərində heç bir təhlükəsiz yer yoxdur və işğalçılar fələstinlilərə Qəzzədən çıxmalı olduqları mesajını vermək istəyirlər.
Mülki Müdafiə Təşkilatının sözçüsü işğalçıların hələ də qadın və uşaqları qəsdən hədəfə aldıqlarını bildirərək deyib: Qəzzə xəstəxanaları sionistlərin törətdikləri cinayətlərdə yaralananların köməyinə çata bilmirlər.
Qəzzədəki səhra xəstənalarının direktoru da deyib: İşğalçıların hədəf seçilmiş məktəblərdə müqavimət qüvvələrinin olduğu ilə bağlı dedikləri böhtan və yalandır.
O, həmçinin deyib: İşğalçıların bu iddialarına heç bir sübut və sənədləri yoxdur. Onlar müharibənin əvvəlindən indiyə qədər qaçqınların məskunlaşdığı 152 məktəbi hədəfə alıblar.