Livan İslam Müqaviməti sionist rejiminin ölkənin bəzi bölgələrinə hücumu zamanı 3 döyüşçüsünün şəhid olması barədə məlumat verib.
Verilən məlumata əsasən, Livan İslam Müqaviməti bazar ertəsi günü bəyanat yayaraq bildirib: Məhəmməd Həsən Fərhat Livanın cənubunda yerləşən əl-Ləvizə qəsəbəsində, Əli Mustafa Əmr Livanın “Cəbəl”ində yerləşən əl-Müəysəra qəsəbəsində və Əli Ğalib Şəqir sionist rejiminin hücumu nəticəsində şəhid olublar.



Eyni zamanda Livan Hizbullahı sionist rejiminin ordusunun işğal olunmuş Fələstinin şimalında yerləşən qərargahlarından birinə dron eskadrilyası ilə hücum etdiyini açıqlayıb.