Xəbər mənbələri şənbə günü axşam, sionist hərbiçilərinin İordan çayının qərb sahillərində yerləşən Nablusun cənubuna hücumlarının ardınca, 30 fələstinlinin yaralandığını bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist hərbiçiləri Nablusun cənubunda yerləşən Bita şəhərciyinə hücum edib və fələstinli gənclərlə toqquşublar.
Fələstin Qırmızı Aypara Cəmiyyəti Bitada sionist hərbiçiləri ilə fələstinlilər arasında baş verən toqquşmanın ardınca, 30 nəfər fələstinlinin yaralandığını bildirib.
Bu hesabata əsasən, sionist hərbiçiləri Ceninin qərbində yerləşən Zəbuna kəndinə və Qəlqiliyyənin şərqində yerləşən Kəfərqədum bölgəsinə hücum edib, fələstinlilərlə toqquşublar.
Bu günlərdə, işğal altındakı torpaqlar, xüsusilə də İordan çayının qərb sahilləri xüsusi şəraitə malikdirlər və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər bir vasitə ilə cavab verməyə çalışırlar.