İşğalçı İsrail əsgərləri dünən, işğal olunmuş Qüdsün şimalında Qələndiya yoxlanışının dayandırılması üçün fələstinlilərin keçirdiyi dinc yürüşə hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionistlər güllə və göz yaşardıcı qazlardan istifadə etməklə fələstinlilərin yürüşünü yatırmağa çalışıblar. Nəticədə, bir çox insan yaralanıb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, sionistlərin Qələndiya yoxlanışının dayandırılması üçün fələstinlilərin keçirdiyi dinc yürüşə etdikləri hücumda 11 nəfər yaralanıb.
Bu yürüş, sionist rejiminin fələstinli şəhidlərin cəsədlərinin saxlanılmasına etiraz olaraq həyata keçirilib. Bu yürüşdə iştirak edənlər şəhidlərin cəsədlərinin ailələrinə təhvil verilməsini istəyiblər.