Fələstin Səhiyyə Nazirliyi, həftənin birinci günü (30 Yanvar) Nəsim Nayef Əbu Fude adlı 26 yaşlı bir gəncin Əl-Xəlil şəhərində sionist əsgərləri tərəfindən başından aldığı güllə yarasından şəhid olduğu xəbərini verib.
Xəstəxana resursları bildiriblər ki, sionist rejimi hərbiçiləri Hz. İbrahim Hərəminin cənubunda yerləşən“160” hərbi yoxlanış məntəqəsində Nəsim Əbu Fudenin maşınına güllə atıblar və bu zaman gənc, başından güllə yarası alıb. Bundan sonra o, Əl-Əhli xəstəxanasına aparılıb. Orada gəncin halı ağırlaşaraq şəhadətə çatıb.
Xatırlatmaq lazımdır ki, cari ilin əvvəlindən indiyə kimi (30 Yanvar) fələstinli şəhidlərin sayı 35 nəfərə çatıb və onlardan 20-si Cenin şəhərinin sakinləridir.