İşğalçı sionist rejimi qüvvələri qadağan olunmuş fosfor bombaları ilə Livanın cənubundakı “Bəlida” şəhərciyi ətrafına hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejimi ordusu Əl-Xəyyam məntəqəsinin cənubundakı Hüms təpəsinə çoxlu məşəl və top güllələri atıblar.
Həmçinin bildirilib ki, sionist rejiminin qırıcıları Cəbəl Bəlat məntəqəsini bombalayıblar. Sionist rejimi ordusuna aid tanklar da dronların uçuşu ilə eyni zamanda Kəfər Kila və Əl-Ədisə ətrafını bombalayıblar.