Sionistlərin Qəzzədə Fələstin vətəndaşlarına və yaşayış bölgələrinə qarşı hücumları hələ də davam edir.
Verilən məlumata görə, sionistlərinQəzzədə yerləşən Xan Yunisdəki fələstinlilərin evlərinə artilleriya hücumları nəticəsində 8 fələstinli şəhid olub.
Həmçinin digər bir hadisədə sionist rejiminə aid qırıcılar Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərində bir maşını hədəfə alıblar və nəticədə 3 fələstinli şəhid olub.
Eyni zamanda Qırmızı Xaç Komitəsi bildirib: Qəzzə sakinlərinin əksəriyyəti kiçik məsafələrdə mühasirə olunub. Bu da insan fəlakətinin üzə çıxmasından xəbər verir.
Bu qrum vurğulayıb: Qəzzə əhalisi hal-hazırkı fəlakətli şəraitə bundan artıq dözə bilməzlər.
Digər tərəfindən, müqavimət qüvvələri sionist rejiminin Qəzzədəki cinayətlərinə cavab olaraq Livanın cənubundan işğal olunmuş Kəfr Şubaydakı İsrailin Roysat əl-Ələm bazasına iki raket zərbəsi endirib.