Sionist rejiminə aid qırıcılar növbəti cinayətdə Deyr əl-Bələhin qərbində fələstinli qaçqınların məskunlaşdığı bir məktəbdə mövcud olan müalicə mərkəzini və namazgahı 3 raketlə hədəfə alıblar.
Qəzzə Dövlət İnformasiya Ofisinin verdiyi hesabata əsasən, bu cinayətdə 18 fələstinli şəhid olub və onlarla insan isə yaralanıb.
Bununla da, İsrailin Qəzzəyə qarşı təcavüzləri zamanı həyatlarını itirənlərin sayı 39175 nəfərə, yaralıların sayı isə 90403 nəfərə çatıb.