Fələstin Səhiyyə Nazirliyinin sözçüsü işğal olunmuş İordan çayının qərb sahillərində yerləşən Cenin şəhərində 4 nəfər fələstinlinin sonist ordusunun hərbiçiləri tərəfindən açılan atəş nəticəsində şəhid olması barədə məlumat verib.
Şəhid olan bu 4 nəfər iki kişi və iki uşaq olub. İşğalçı qüvvələr onların İsrail ordusunun və Daxili Təhlükəsizlik Agentliyinin (Şin bit) keçirdiyi birgə anti-terror fəaliyyəti zamanı öldürüldüklərini iddia edərək cəsədlərini özləri ilə aparıblar.
İordan çayının qərb sahillərində yerləşən Cenindəki xarici KİV-in müxbiri verdiyi hesabatda deyib: Biz Cenin düşərgəsinin ortasında, daha dəqiq desək Əd-Dəmc məhəlləsindəyik. Bu məhəllə işğalçı İsrail qüvvələrinin Cenin düşərgəsinə hücumu zamanı baş verən ağır döyüşlərə şahid idi. Bu döyüş 18 saatdan çox çəkdi. Nəticədə, ikisi uşaq və ikisi də israilli mənbələrin bildirdiyinə görə, Cenin batalyonunun üzvü olmaqla 4 nəfər şəhid oldu. İşğalçılar bu 4 şəhidin cənazəsini özləri ilə apardılar.
İşğalçılar tərəfindən evi dağıdılan Səmir Əl-Ğovl verdiyi müsahibədə deyib: Sionist qüvvələri səhər saat 5-də mənim evimə güllə və minaatanla atəş açıblar.
O, bildirib ki, mən çalışdım evdən çıxım və onlara deyib ki, evdə yalnız həyat yoldaşım və qızım var. Amma onlar qəbul etmədilər. Əl-Ğovl bildirib ki, mənim iki qızım var və evimdə heç bir silahlı kişi olmayıb. O, deyib: Sionist hərbiçilərindən qaçmaq istəyən bir gənc bizim evin çölündə şəhid oldu, amma sionistlər mənim evimi dağıtdılar