10 minlərlə sionist köçkün Netanyahu hökumətinə qarşı etirazlarının davamı olaraq, ardıcıl olmaqla 25-ci həftədə nümayişlər keçirib.
10 minlərlə sionist köçkün şənbə günü axşam ardıcıl olaraq 25-ci həftədə sionist rejiminin baş naziri Netanyahu hökumətinə və onun “məhkəmə çevrilişi”-nə qarşı Tel-Əviv və digər bəzi şəhərlərdə nümayişlər keçirib.
İsrail şirkəti olan Crowd solutionun məlumatına görə, şənbə günü axşam Tel-Əvivin Kablin küçəsində keçirilən nümayişlərdə 95 min nümayişçi iştirak edib.
Netanyahu kabinetinin müxalifləri “məhkəmə islahatları” layihəsini “məhkəmə çevrilişi” sayırlar. Netanyahu isə onu müdafiə edərək deyib ki, bu layihəsinin məqsədi üç orqan arasında balans yaratmaqdır.”
Müxalifətin fikrincə isə, hakim koalisiyanın təklif etdiyi islahatların əsl məqsədi “Netanyahuya qarşı korrupsiya ittihamları ilə açılmış 3 işdə, onun bəraət almasıdır.” Müxalifət hesab edir ki, bu layihə Məhkəmə sisteminin müstəqil sistem kimi fəaliyyətinə son qoymaq üçün təklif edilib.